Menu

Suriyada vahid HHM sistemi yaradılıb

06.01.2017, 20:53

s300AzPolitika.info Rusiya KİV-ə istinadla xəbər verir ki, Suriyada S-300 və S-400 komplksləri əsasında vahid hava-hücumundan müdafiə (HHM) sistemi yaradılıb. Bu sistem həm qurudakı, həm də dənizdəki obyektlərin etibarlı mülafiəsini təmin edir. Bu barədə Suriyadakı Rusiya hərbi qruplaşmasının komandanı general-polkovnik Andrey Kartapolov məlumat verib.

Onun sözlərinə görə, Suriya sahillərində yerləşərkən, Rusiya kosmik-hava aviasiya qrupu ilə «Bastion» sahil-raket kompleksləri arasında sıx qarşılıqlı fəaliyyət formalaşdırılıb.

«Suriyadakı Rusiya hərbi qruplaşması hava-hücumundan müdafiə gücləri və vasitələri ilə birgə, S-300 və S-400 kompleksləri əsasında vahid HHM sistemi yaradılıb ki, bu da həm qurudakı, həm də dənizdəki obyektlərin etibarlı müdafiəsini təmin edir»-deyə, komandan qeyd edib.

O, əlavə edib ki, müdafiənin bütün növləri, növlərarası qarşılıqlı fəaliyyət və aviasiya qrupu tərəfindən həm aviadaşıyıcı kreyserin göyərtəsindən, həm də sahil aerodromundan hərtərəfli təminat məsələləri sınaqdan keçirilib.

Kartopolov hesab edir ki, gəmi-aviadaşıyıcı qrupun tapşırıqları yerinə yetirilib. O, qeyd edib ki, aviadaşıyıcı qrupun gəmiləri material vasitələri ilə tam təmin olunub və texniki saz vəziyyətdədir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol