Menu

Ueyn Runi “Mançester Yunayted” klubunun tarixində ən məhsuldar futbolçu olub

08.01.2017, 00:17
Ueyn Runi “Mançester Yunayted” klubunun tarixində ən məhsuldar futbolçu olub

2004-cü ildən “Mançester Yunayted” klubunda forma geyən hücumçu Ueyn Runi yeni rekord müəyyənləşdirib.

Azərtac xəbər verir ki, yanvarın 7-də ölkə kubokunun 1/32 final mərhələsində “Redinq” komandasının qapısına yol tapan Runi klub tarixində ən məhsuldar futbolçu ünvanına sahib olub. Bununla 31 yaşlı hücumçu “Qırmızı şeytanların” heyətində vurduğu qolların sayını 249-a çatdırıb.

Bu göstərici ilə o, 1954-1973-cü illərdə Mançester təmsilçisinin heyətində çıxış edən əfsanəvi Bobbi Çarltonun rekordunu yeniləyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol