AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibinin köməkçisi Viktoriya Nulandın postuna bu ölkənin Ermənistandakı keçmiş səfiri Con Heffern gətiriləcək.
Nulanddan başqa ABŞ xarici siyasət idarəsini dövlət katibinin digər köməkçiləri - Patrik Kennedi, Coys Bar rvə Mişel Bond da tərk edəcək.
Bu barədə xəbəri «Pfirot.ro» rumın nəşri yayıb.
«Nulandın getməsi barədə məlumatı ABŞ Dövılət Departameninin nümayəndələri təsdiqləsələr də onun bu postu könüllü tərk edib-etmədiyi və ya Tramp administrasiyası tərəfindən işdən azad olunması barədə danışmaqdan imtina ediblər» - deyə, nəşr yazır.


Şərhlər