Menu

Madaqaskarda toy karvanı qəzaya uğrayıb - 45 ölü

28.01.2017, 19:43
Madaqaskarda toy karvanı qəzaya uğrayıb - 45 ölü

Hadisə zamanı daha 24 nəfər xəsarət alıb

"Report"un məlumatına görə, bu barədə "TASS" agentliyi xəbər verib.

Məlumata görə, hadisə Andjozorob şəhərində, paytaxt Antananarivdən 90 kilometr şimal-şərqdə baş verib. Belə ki, yük avtomobilinin çayın üzərindəki körpüdən aşması nəticəsində 45 nəfər həlak olub.

Onlardan 9-u uşaqlar, 27-i qadınlar, 9-u kişilərdir. Hadisə zamanı daha 24 nəfər xəsarət alıb.

Andjozorob şəhər merinin sözlərinə görə, ölənlərin çoxu sudda boğulanlardır. Ölənlər toy karvanının sərnişinləridir. "Təxminən 70 nəfəri dasıyan avtomobil Mananar çayının üstündəki körpüdən aşıb" – deyə o bildirib.

Mer qeyd edib ki, bəylə gəlin də həmin avtomobilin içində olub. Qəza zamanı sürücü də həyatını itirib. Hadisənin başvermə səbəbləri araşdırılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol