AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, müğənni Rihanna qaçqınlarla bağlı imzaladığı fərmana görə, ABŞ Prezidenti Donald Trampı «amoral donuz» adlandırıb. Onun sözlərinə görə, Amerikanı «göz qabağında» dağıdırlar.
«Bu, iyrəncdir! Bu, faciədir! Amerikanı birbaşa, bizim gözlərimiz qarşısında dağıdırlar. Necə bir amoral donuz olmaq gərəkdir ki, belə bir işi görəsən…» - deyə, Rihanna öz «Tvitter» mikrobloqunda yazır.
Yeri gəlmişkən, Rianna (Robin Rihanna Fenti) Barbadosda anadan olub, 16 yaşında olarkən ABŞ-a gəlib.
Donald Trampın inauqurasiyasından sonra, Rihanna Nyu-Yorkda keçirilən etiraz aksiyasında da iştirak edib.


Şərhlər