Menu

Dollar “qara bazar”da neçəyədir?

03.02.2017, 11:08
Dollar “qara bazar”da neçəyədir?

Bu gün səhər Bakıda “qara bazar”da dolların alış qiyməti 1.9250 manat, satış qiyməti isə 1.9350 manatdır. Bəzi qanunsuz valyuta alverçiləri dolları 1.90 manata almağa, 1.92 manata satmağa da başlayıb.

Qeyd edək ki, bu gün dollara 1.9250 manat satış qiyməti təyin edən banklar da var. Lakin dollara “qara bazar”dan aşağı qiymət təyin edən banklar dollar satmırlar.

Dollar satan banklarda isə satış qiyməti 1.93-1.95 manat arasında dəyişir. Məsələn, Unibank 1.9350 manatdan, NBC Bank 1.93 manatdan limitsiz dollar satır.

Banklarda doların alış qiyməti 1.87 -1.91 manat arasında dəyişir.

Banklar dollar satmağa başladıqca və alış-satış qiymətləri arasında fərqi azaltdıqca “qara bazar” üçün şərtlər pisləşir. /“Marja”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol