Menu

Hesabatı gizlədən banka etibar etmək olmaz – Əkrəm Həsənov

04.02.2017, 14:48
Hesabatı gizlədən banka etibar etmək olmaz – Əkrəm Həsənov

IV rübün bitməsindən 1 ay ötsə də, 32 bankdan yalnız 17-i hesabatı açıqlayıb. Qanunvericiliyə əsasən, banklar bunu rüb bitəndən sonra bir aydan gec olmayaraq açıqlamalıdır, deyə bank eksperti Əkrəm Həsənov bildirib.

Turan-ın məlumatına görə, o, «Facebook» səhifəsində qeyd edib ki, açıqlayan banklar da qanunvericiliyə zidd olaraq açıqlama tarixini göstərməyib.

«Ötən il bağlanan banklar da hesabatlarını daim gizlədirdilər. Buna görə də hesabatı gizlədən banka qətiyyən etibar etmək, orada pul saxlamaq olmaz», deyə o bildirib.

Ə.Həsənov qeyd edib ki, hesabatı açıqlayan banka da etimad şərtidir, çünki Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, bəzi banklar hesabatları təhrif edilmiş şəkildə təqdim edir.

«Məsələn, hesabatı açıqlayan və guya mənfəətlə işlədiyini bəyan edən elə bank var ki, aylarla əmanətləri qaytara bilmir», deyə ekspert qeyd edib.

Ə.Həsənov qeyd edib ki, əgər bank hesabatını gizlədirsə, bankların kapitalı artırması və başqa uğurları barədə reklamına inanmaq olmaz.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol