Menu

Bakıda evlərin su sayğaclarını oğurlayan daha bir qrup saxlanılıb

13.02.2017, 12:34
Bakıda evlərin su sayğaclarını oğurlayan daha bir qrup saxlanılıb

Bakıda yaşayış binaları və evlərdən su sayğaclarını oğurlayan şəxslər saxlanılıb.

Oğurluq etdiklərinə görə, fevralın 9-da tutulan Mahir Bayturayevin və Fuad Mustafayevin ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Nizami Rayon Polis İdarəsinin (RPİ) 24-cü Polis Bölməsi (PB) , Xətai RPİ 34-cü PB və Sabunçu RPİ əməkdaşları tərəfindən aparılan əməliyyat tədbirləri ilə onların cari ilin ötən dövründə Nizami, Xətai və Sabunçu rayonları ərazilərindəki 6 yaşayış binasının girişlərindən və 4 evin həyətindən ümumilikdə 28 ədəd su sayğacını oğurlamaları da müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol