Menu

Fərqanə kimya zavodunda partlayış baş verib

24.02.2017, 00:19
Fərqanə kimya zavodunda partlayış baş verib

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Özbəkistanda azot kübrəsi istehsal edən nəhəng «Fərqanəazot» Səhmdar Cəmiyyətində (Fərqanə şəhəri) cümə axşamı partlayış baş verib. Özbəkitsan respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, həlak olanlar var.

«Fevralın 23-də Fərqanədə - «Fərqanəazot» Səhmdar Cəmiyyətində yerli vaxtla saat 16:30-da ammonyak sexində təmir-quraşdırma işləri aparılarkən, partlayış baş verib. Qurbanlar var» - deyə, informasiya xidmətinin xəbərində deyilir.

Qurbanların sayı barədə məlumat verilmir.

FHN-nin məlumatına görə, hadsənin baş vermə səbəblərinin və şəraitinin öyrənilməsi, o cümlədən, zərərçəkmişlərin ailələrinə lazımi yardımın göstərilməsi məqsədilə dövlət komissiyası yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol