Menu

«Avroittifaq - ziyanlı konstruksiyadır!» - Trampın müşaviri

25.02.2017, 00:58
«Avroittifaq - ziyanlı konstruksiyadır!» - Trampın müşaviri

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, ABŞ Prezidenti Donald Trampın aparıcı müşaviri Stiven Bennon Almaniya Federativ Respublikasının (AFR) səfiri Piter Vittiq ilə görünü zamanı bəyan edib ki, Avroittifaq - «ziyanlı konstruksiyadır».

Anonim mənbəyə istinada «Röyter» agentliyinin verdiyi xəbərə görə, Bennon və Vittiqin görüşü ABŞ vitse-prezidenti Mayk Pensin Brüsselə səfərindən bir həftə əvvəl baş tutub.

Pens Brüsseldə Avropa İttifaqı ilə ABŞ arasında dostluq siyasətinin qüvvədə saxlanacağını bəyan edib.

Mənbələr təsdiqləyirlər ki, Avropa İttifaqının dağılmasının ABŞ üçün necə ciddi nəticələr verə biləcəyi barədə Ağ Evin yetərincə anlayışı yoxdur. Üstəlik də onların sözlərinə görə, Avropa İttifaqı ölkələrinə, ilk növbədə, Almaniyaya ABŞ tərəfindən qeyri-dost siyasətə yönəlik hazırlıq işləri görməyə dəyər.

Bununla yanaşı, Ağ Evdəki mənbənin sözlərinə görə, vitse-prezidentlə səfirin görüşü cəmi bir neçə dəqiqə çəkib və bunca məna tutumlu ola bilməzdi, çünki qısa zaman kəsiyində həmsöhbətlər bir-birini yalnız salamlamağa macal tapa bilərdilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol