Menu

Qusar sakini cərəyan vurması nəticəsində ölüb

26.02.2017, 21:19

cereyanKənd sakini transformatorda yaranan nasazlığı aradan qaldırmaq istəyib

Qusar rayonunda yerli sakin cərəyan vurması nəticəsində dünyasını dəyişib.

"Report"un Şimal bürosu xəbər verir ki, Yeni Həyat kənd sakini Qədir Ağayev güclü külək nəticəsində elektrik enerjisinin kəsilməsi səbəbindən transformatorda yaranan nasazlığı aradan qaldırmaq istəyib. Lakin onu cərəyan vurub.

Hadisə yerinə Qusar rayon Polis şöbəsinin və Prokurorluğunun əməkdaşları cəlb olunub. Mərhumun meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Qusar şöbəsində müayinə olunub.

Qədir Ağayevin ölümünün səbəbi Qusar Prokurorluğunda aparılan araşdırmalardan sonra məlum olacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol