Menu

ABŞ-ın vitse-prezidenti İsraillə Nikaraquanı səhv salıb!

27.02.2017, 14:31
ABŞ-ın vitse-prezidenti İsraillə Nikaraquanı səhv salıb!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) vitse-prezidenti Maykl Pens «Tvitter»də İsrailə dəstək verən bir yazı dərc edib. Amma yazı Nikaraquanın dövlət bayrağı ilə müşaiyət olunub.

«Yəhudi xalqına bizim dəstəyimiz ölkəmizin sərhədləri ilə hüdudlanmaz. Prezident Donald Trampın dövründə dünya görəcək ki, Amerika İsrailin tərəfində dayanıb» - deyə, Pens yazıb və yazıya Nikaraquanın dövlət bayrağını «qoşub».

Səhvin üzə çıxmasından sonra Pensin «tvitt-yazı»ısı şəbəkədən silinib.

.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol