Menu

Misirin eks prezidenti Hüsnü Mübarəkə bəraət verilib

02.03.2017, 20:12

husnu_mubarekin_kalbi_2_kez_durdu13394207670_h890020Kassasiya Məhkəməsi Misirin eks prezidenti Hüsnü Mübarəkə bəraət verib.

“Report” TASS-a istinadən bildirir ki, bu barədə Misirin Dövlət Televiziyası məlumat yayıb.

Ölkənin ali məhkəmə qurumu keçmiş dövlət başçısının üzərindən 2011-ci il yanvar inqilabı günlərində etirazçıların öldürülməsi ilə bağlı bütün ittihamları götürüb.

Bildirilib ki, bu son qərardır və şikayət oluna bilməz.

Beləliklə, Hüsnü Mübarək barəsində bütün cinayət təqibləri dayandırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol