Menu

Ermənilər “Facebook”da Azərbaycan dilində hərbi səhifə yaradıblar – DİQQƏTLİ OLUN

03.03.2017, 19:56
Ermənilər “Facebook”da Azərbaycan dilində hərbi səhifə yaradıblar – DİQQƏTLİ OLUN

Ermənilər “Facebook” sosial şəbəkəsində Azərbaycan dilində hərbi səhifə yaradıblar.

Moderator.az -ın məlumatına görə, “HƏRBİ MEDİA” adlanan səhifədə Azərbaycan dilində Azərbaycan Silahlı Qüvvələrinin əleyhinə təxribat xarakterli informasiyalar paylaşılır.

Erməıni hərbi informasiya siyasətinin tərkib hissəsi olaraq meydana çıxan bu səhifə Azərbaycan ictimaiyyətində çaşqınlıq yaratmaq və orduya olan inamı azaltmağa xidmət edir.

“HƏRBİ MEDİA” səhifəsi Ermənistanda fəaliyyət göstərən “razm.info” hərbi saytının redaksiyası tərəfindən yaradılıb.

Sosial şəbəkələrdə aktiv olan vətəndaşlarımıza bu səhifə ilə bağlı diqqətli olmalarını, cəbhə və hərbi məsələlərlə bağlı bu səhifədə heç bir şərh və mesaj yazmamalarını tövsiyyə edirik.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol