Menu

Şirvanda 17 yaşlı oğlanı avtomobil vurub

03.03.2017, 22:03
Şirvanda 17 yaşlı oğlanı avtomobil vurub

Şirvanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə axşam saatlarında Şirvan şəhərində qeydə alınıb.

Belə ki, şəhər sakini, 17 yaşlı Coşqun Mütəllim oğlu Salahov yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri almış gənc Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol