Menu

Təkrar bazarda yeni tikili mənzillərin qiymətində artım başlayıb - QİYMƏTLƏR

06.03.2017, 14:26
Təkrar bazarda yeni tikili mənzillərin qiymətində artım başlayıb - QİYMƏTLƏR

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalara əsasən, paytaxt ərazisində 2017-ci ilin yanvar ayında təkrar bazarda yeni tikili mənzillərin qiymətində artım müşahidə olunub. Belə ki, 2016-cı ilin dekabr ayına nisbətən mənzillərin qiyməti 0,50% qalxıb.

Qurumdan bildirilib ki, təkrar bazarda yeni tikili mənzillərin qiymət dəyişməsi aşağıdakı kimi olub:

“2016-cı ilin yanvar ayından carı ilin yanvar ayına kimi yeni tikili mənzillərin qiyməti qeyri-sabit tendensiya göstərir. Qiymətin qeyri-sabit olması təklif portfelindən asılıdır və qiymətin artımı (enməsi) onunla əlaqədədir.

Belə ki, 2016-cı ilin dekabr ayında təklif portfelində 1500 AZN/kv.m. yuxarı olan mənzillərin payı (əsasən Nərimanov, Nəsimi və Səbail rayonlarında yerləşən mənzillər) 23,35% təşkil etmişdisə, yanvar ayında bu, 23,86% idi.

Beləliklə, bahalı mənzillərin payı təklif portfelində 0,51% artıb. Bu da 2017-ci ilin yanvar ayında yeni tikili mənzillərin qiymətinin qalxmasının əsas səbəbidir. Beləliklə, carı ilin yanvar ayına Bakı şəhəri üzrə yeni tikililərin orta bazar qiyməti 1438 manat/kv.m. təşkil etmişdi.

Keçən ilin dekabr ayından 2017-ci ilin yanvar ayına kimi ümumi təklif portfelində 12% artım qeydə alınıb. Beləliklə, ən çox yeni tikililər Xətai (27,0%) və Yasamal rayonlarında (25,8%) təklif olunub.

2016-cı ilin dekabr ayına nisbətən Yasamal rayonunda 0,9% azalma müşahidə olunur. “Çıxarış”sız olan mənzillər, əsasən, Yasamal rayonunda yerləşir (31%), “Çıxarış”lı mənzillər isə - Xətai rayonunda (23%).

Satışa təklif olunan mənzillərin əsas payını təmirli mənzillər tutur - 72%, təmirsiz mənzillərin payı isə 28% təşkil edir. Təklif portfelində “Kredit”lə təklif olan mənzillərdə müşahidə olunur, lakin ümumi portfeldə payı cüzi miqdardadır - 1,2%”, - deyə qurumun apardığı monitorinqlər nəticəsində məlum olub.

Bakı şəhəri rayonları üzrə yeni tikililərin orta bazar qiyməti:

№ Bakı şəhəri və rayonları Qiymət, AZN/kv.m.
1 Binəqədi 1334
2 Nizami 1179
3 Nərimanov 1754
4 Nəsimi 1804
5 Qaradağ 897
6 Sabunçu 991
7 Suraxanı 907
8 Səbail 2317
9 Xətai 1266
10 Xəzər, Pirallahı 904
11 Yasamal 1401
Bakı şəhəri 1438

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol