Menu

Mingəçevirdə mənzildə 80 yaşlı qadının meyiti tapılıb

08.03.2017, 22:50

tovuz meyitMingəçevir şəhərində qadın meyiti tapılıb.

"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) saytı məlumat yayıb.

Məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Mingəçevir şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1937-ci il təvəllüdlü Rzayeva Nifə Məmməd qızının cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 19:44-də başa çatıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol