Menu

SWIFT Şimali Koreyanın 3 bankına qadağa qoydu!

10.03.2017, 22:53
SWIFT Şimali Koreyanın 3 bankına qadağa qoydu!

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, mənzil-qərargahı Brüsseldə yerləşən SWIFT banklararası sistem öz servislərinə Şimali Koreyanın 3 bankının girişini bağlayıb. Bu bankların adları Birləşmiş Millətlər Təşkilatının (BMT) sanksiya siyahısında yer alıb. Xəbəri «Deutsche Welle» nəşri yayıb.

Bu addımın səbəbi kimi Belçikanın xarici işlər naziri Didye Reynders, Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən, ballistik raket sınaqları da daxil olmaqla, «provokasiyaların artması»nı irəli çəkib.

Şimali Koreyanın maliyyə şirkətlərini sistemdən (servisdən) «ayırmaq»la SWIFT, BMT-nin tapşırığını yerinə yetirir. Bundan əvvəl BMT, problemli banklarla işbirliyinə gedən ixtiyari şirkətin BMT sanksiyalarını pozmuş hesab olunacağını (hətta əməliyyatlar üçün Avropa İttifaqından icazə almış olsalar belə) bildirmişdi.

BMT-nin sanksiya siyahısında Şimali Koreyanın «Bank of East Land», «Korea Daesong Bank» və «Korea Kwangson Banking Corp» banklarının adı var. Onlardan birincisi hələ 2013-cü ildə «qara siyahı»ya daxil edilib, qalan ikisi isə 2016-cı ildə.

SWIFT-in 2011-ci ildəki hesabatına görə, həmin tarixə bu banklararası sistemə Şimali Koreyanın 10 bankı qoşulmuş olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol