Menu

Qvatemalada yanğın nəticəsində ölənlərin sayı 38-ə çatıb

11.03.2017, 23:14
Qvatemalada yanğın nəticəsində ölənlərin sayı 38-ə çatıb

Qvatemalada çərşənbə günü zorakılığa məruz qalan yetkinlik yaşına çatmayan uşaqlar üçün sığınacaqda baş vermiş yanğın nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.

Trend-in məlumatına görə, 10-dan çox xəsarət alanlar hələ də xəstəxanada qalırlar.

Qeyd edək ki, Qvatemala hökuməti çərşənbə günü uşaqların ölümü ilə əlaqədar üçgünlük matəm elan edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol