Menu

Çin mübahisəli adalarda tikinti işlərinə başlayıb

16.03.2017, 15:06
Çin mübahisəli adalarda tikinti işlərinə başlayıb

AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Çin hökuməti Cənubi-Çin dənizindəki mübahisəli Parasel adalarında tikinti işlərinə başlayıb. Bunu «Planet Labos» peyk şirkətinin çəkdiyi şəkillər sübut edir.

«Röyter» agentliyinin məlumatına görə, şəkillərdən görünür ki, çinli fəhlələr Şimal adasında ərazini tikintiyə hazırlayırlar. Yanvar ayında tikinti işləri arxipelaqın digər adalarında da qeydə alınmışdı.

Çin Xalq Respublikası Müdafiə Nazirliyinin (ÇXR MN) nümayəndəsi bəyan edib ki, adalarda hər-hansı tikinti işlərinin aparılması barədə məlumatsızdır. Ancaq Universitet eksperti Linnan Çjan Baoxueyanın fikrincə, Parasel adalarındakı özəl obyektləri Pekinə imkan verir ki, Cənubi-Çin dənizində öz mövqeyini möhkəmlətsin.

Cənubi-Çin və Şərqi-Çin dənizlərində dəniz sərhədləri və məsuliyyət zonaları üzrə fikir ayrılığı Çin, Yaponiya, Vyetnam və Filippin arasında bir neçə onillik ərzində davam etməkdədir. ÇXR hesab edir ki, Filippin və Vyetnam bölgədə gərginliyi artırmaq üçün ABŞ-ın dəstəyindən istifadə edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol