Menu

“Azərbaycan iqtisadiyyatına az ziyan dəyib” - Oqtay Əsədov

17.03.2017, 12:36
“Azərbaycan iqtisadiyyatına az ziyan dəyib” - Oqtay Əsədov

“Dünyada qeyri-müəyyənlik davam edir. Lakin Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi işlər nəticəsində ölkə iqtisadiyyatına az ziyan dəyib. Görülən işlər nəticəsində Azərbaycan investisiya qoyuluşları üçün cəlbediciliyini 2016-cı ildə də qoruyub saxlayıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2016-cı ildəki fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı parlamentin sədri Oqtay Əsədov deyib.

O bildirib ki, ötən il Milli Məclisdə təqdim olunan hesabat zamanı deputatar tərəfindən irəl sürürlən təklifləri hökumət diqqətlə araşdırıb: “50-yə qədər təkliflə bağlı işlər görülüb və bu işlərlə bağlı Milli Məclisə ətraflı məlumat təqdim edilib”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol