Menu

Türkiyədə terror - Ölən əsgərlərin sayı artıb

24.03.2017, 09:41

askerTürkiyənin Hakkari vilayətində baş vermiş terror aktında şəhid olan əsgərlərin sayı 2-ə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Habertürk" xəbər verib.

Xəbərdə bildirilir ki, Hakkarinin Çukurca rayonunda baş vermiş terror hücumunda yaralanmış hərbçilərdən biri müalicə olunduğu Hakkari Dövlət Xəstəxanasında dünyasını dəyişib.

Qeyd edək ki, ilkin məlumata görə, hücum zamanı 1 əsgər şəhid olmuş, 4 nəfər yaralanmışdı. Digər yaralıların vəziyyəti barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol