Rusiyada qadınları bıçaq, balta və tornavidayla öldürdükdən sonra təcavüz edən qatil Mixail Popkovun tük ürpərdən yeni cinayətləri ortaya çıxıb.
"AzPolitika.info" xəbər verir ki, 24 qadını öldürərək təcavüz etdiyi ittihamı ilə 2015-ci ildə ömürlük həbsə məhkum edilmiş keçmiş polis məmuru Popkovun, psixoloq nəzarətindəki sorğulamada, 60 qadını daha eyni şəkildə öldürdüyünü etiraf etdiyi bildirilib.
Qatilin, 20 il ərzində yaşları 16-40 arasında dəyişən 84 qadını öldürdüyü müəyyən olunub. 15-20 il əvvəl öldürülən qadınların basdırıldığı yerlərin ortaya çıxarıldığı da açıqlanıb.
Xatırladaq ki, Anqarsk şəhərində işlədiyi cinayətlərlə Rusiyanı şoka salan Popkova, "qurd adam" ləqəbi verilmişdi. Qatilin qurbanlarından birinin başını kəsib, ürəyini sökdüyü məlum olunmuşdu.


Şərhlər