Menu

Müsavatda mitinq müşavirəsi

01.10.2013, 16:08
Müsavatda mitinq müşavirəsi

Müsavat Partiyasının qərargahında partiyanın mitinqə hazırlıq müşavirəsi keçirilib.

Müsavat, AXCP və NİDA Vətəndaş Hərəkatının üzvlərinin də iştirak etdiyi müşavirədə çıxış edən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı oktyabrın 5-də saat 16-dan 18-ə kimi Yasamal rayonundakı “Məhsul” stadionunda Milli Şuranın növbəti mitinqinin keçiriləcəyini elan edib. O bildirib ki, bu mitinqlər seçkilərin gedişinə ciddi təsir göstərəcək.

Bundan başqa seçki kampaniyasının ən vacib məqamı olan “qapıdan-qapıya” kampaniyasına start verilib.

Müsavat funksioneri daha sonra bildirdi ki, oktyabrın 2-si Şəkidə, 3-ü Gəncə və Ağdaşda, 4-ü Sabirabad və Cəlilabadda, 6-sı Sumqayıtda, 7-sində isə Ağcabədidə Cəmil Həsənlinin seçicilərlə görüşü keçiriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol