Menu

Bakıda 26 yaşlı oğlan qətlə yetirilib

10.04.2017, 12:07
Bakıda 26 yaşlı oğlan qətlə yetirilib

Bu gecə Suraxanı rayonunun Binə südçülük sovxozunda qətl hadisəsi qeydə alınıb.

Rayonun hüquq-mühafizə orqanlarından Salamnews-a verilən məlumata görə, 1991-ci il təəvəllüdlü İsmayilov Fail Elzibar oğlu yaşadığı həyət evində qətlə yetirilib.

Hadisə yerinə rayonun hüquq-mühafizə orqanları və məhkəmə-tibbi eksperti gələrək ilkin müayinələr aparıblar. Qətlin kim tərəfindən törədildiyi hələlik məlum deyil.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb. Hazırda hadisəni törədən şəxsin müəyyənləşdirilməsi istiqamətində zərurui istintaq və əməliyyat tədbirləri davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol