AzPolitika.info Kazaxıstan (Kazax eli) KİV-nə istinadla xəbər verir ki, qardaş Kazaxıstan kiril əlifbasından tədrici olaraq, latın əlfbasına keçmək niyyətindədir. Prezident Nursultan Nazarbayev bu istiqamətdə müvafiq qrafikin hazırlanması üçün hökumətə tapşırıq verib.
«2018-ci ildən başlayaraq, yeni əlifbanın öyrədilməsi üçün mütəxəssislərin hazırlanmasına və orta məktəblər üçün dərsliklərin buraxılmasına başlanacaq» - Prezident elan edib.
Nazarbayev əlavə edib ki, ilkin mərhələdə ölkədə latın qrafikası ilə paralel olaraq kiril əlifbasından da istifadə olunacaq.
Kazaxıstandan əvvəl Azərbaycan, Moldova, Türkmənistan və Özbəkistan kirildən imtina edib. İndi bu ölkələrdə latın qrafikası işlənir.

Şərhlər