Menu

Yaponiya Çinə nota verdi

14.04.2017, 12:39
Yaponiya Çinə nota verdi

Yaponiyanın Xarici İşlər Nazirliyi Çinin Tokiodakı səfirinə etiraz notası təqdim edib.

Trend-in məlumatına görə, etiraz Çin gəmilərinin iki ölkə arasında mübahisəli ərazi hesab olunan Senkaku adalarına yaxınlaşması ilə əlaqədardır.

Məlumatda qeyd olunur ki, Çin sahil mühafizə xidmətinə məxsus 4 gəmi adalara yaxınlaşıb. Bu, təkcə 2017-ci ildə 10-cu belə hadisə olub.

Qeyd edək ki, Senkaku adaları 19-cu əsrdən bəri Çin və Yaponiya arasında mübahisəli əraziyə çevrilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol