AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, «İraq- Şam İslam Dövləti»nin (İŞİD) lideri Əbu Bəkr əl-Bağdadi Mosuldan qaçarkən, İraq-Suriya sərhədini keçən anda həbs olunub.
Bu barədə xəbəri Birləşmiş Millətlər Təşkilatı (BMT) təhlükəsizlik və informasiya Komitəsinin informasiya ximətinin rəisinə istinadla, ərəb KİV-i yayıb.
Bu ərəfədə belə bir məlumat da yayılmışdı ki, Mosul ətrafında əl-Bağdadinin köməkçilərindən biri - döyüşçü Xasbulla əl-Qafqazi (ləqəbi - Qafqaz əmiri) öldürülüb.
Xatırladırıq ki, martın əvvəlində əl-Bağdadi İŞİD üzvlərinə nitqlə müraciət edib və son vaxtlar bir sıra məğlubiyyətlər yaşadıqlarını etiraf edib.
Fevralın ortalarında isə KİV İraqa endirilən aviazərbələr zamanı İŞİD liderinin yaralandığığını xəbər vermişdi.


Şərhlər