Menu

Almatıda bütün metro stansiyaları boşaldılır - Bomba xəbərdarlığı

24.04.2017, 20:02
Almatıda bütün metro stansiyaları boşaldılır - Bomba xəbərdarlığı

Qazaxıstanın Almatı şəhərində metropolitendə bütün sərnişinlər təxliyə olunur.

Trend-in məlumatına görə, buna səbəb stansiyaların birində bomba qoyulması barədə məlumatın daxil olmasıdır.

Bununla əlaqədar olaraq şəhərin bütün metro stansiyalarında axtarışlar aparılır.

Hadisə barədə ətraflı məlumat verilməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol