Menu

Saatlı sakini qardaşı arvadını bıçaqladı

25.04.2017, 17:34
Saatlı sakini qardaşı arvadını bıçaqladı

Saatlıda qadın qaynı tərəfindən bıçaqlanıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Saatlı rayonunun Nərimankənd kənd sakini, 1994-cü il təvəllüdlü Rüstəmov Yavər Dünyamalı oğlu qardaşı arvadı, 1979-cu il təvəllüdlü Rüstəmova İradə Cəfər qızını bıçaqlayıb. Zərərçəkən Şirvan şəhər xəstəxanasında ilkin yardım aldıqdan sonra ambulator müalicəyə buraxılıb.

Y. Rüstəmov saxlanılıb, faktla araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol