Menu

Avtobusla sərnişindaşıma xidmətlərinə dair yeni tələb

27.04.2017, 10:11
Avtobusla sərnişindaşıma xidmətlərinə dair yeni tələb

Azərbaycanda nəqliyyat ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsinə dair yeni tələb müəyyən edilib.

APA-nın məlumatına görə, bununla əlaqədar Nazirlər Kabineti “Avtomobil nəqliyyatı ilə marşrut üzrə sərnişindaşıma xidmətlərinin göstərilməsi haqqında müqavilə”də dəyişiklik edib.

Dəyişikliyə əsasən, bundan sonra daşıyıcının vəzifələri sırasına ödəniş alətinin satılmasını, o cümlədən ödəniş alətinə vəsaitin yüklənilməsi imkanını təmin etmək daxil edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol