PKK terror təşkilatının siyasi qanadı olan BDP başqanı Səlahəddin Dəmirtaş sensasion açıqlama verib.
Avropa.info-nun məlumatına görə, Dəmirtaş PKK terror təşkilatı tərəfindən oğurlanan uşaqlardan danışıb. HDP sədri uşaqların PKK tərəfindən oğurlanmadığını, onların Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən oğurlandığını deyib və uşaqların valideyinlərinin pulla aksiyaya cəlb edildiyini iddia edib.
Dəmirtaşın bu iddiası Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanı özündən çıxarıb. Ərdoğan deyib: "Sən hansı ixtiyarla Milli Təhlükəsizlik Təşkilatının burdakı ana-atalara pul verib aksiya təşkil etdiyini deyirsən? Bu çox quru, əsli-astarı olmayan iddiadır. Təbii ki burada mətbuatı da həssas davranmağa dəvət edirəm. Dağlara qaçırılmış bu uşaqların aqibətini siz də bilirsiniz. Hazırda BDP bu hadisənin altında əzilər. Burdan çıxmağın yollarını axtarır. Onsuz da çıxa bilməz, bunun altında qalacaq. Biz B və C planının icrasina başlayanda hamısı necə var, aydınlanacaq".

Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin Muş, Şırnak, Cizrə və Van bölgələrində hərbi kazarmaların yaradılmasına etiraz edən PKK üzvləri ilə əsgər və polislər arasındakı toqquşmalar iki gündür davam edir.
Bu bölgələrdə bəzi əraziləri zəbt edən PKK üzvləri yollarda xəndəklər qazıb, maşınları saxlayaraq axtarışlar aparır, polis və hərbi maşınları əraziyə gətirdikləri qaz balonları ilə yandırırlar.
Türkiyə polisə və ordusu bu gün səhər saatlarından etibarən genişmiqyaslı əməliyyatlara başlayıb. Hazırda bölgələrdə gərginlik davam edir.
PKK-nın Yurdsevər Demokratik Gənclik Hərəkatı (YDG-H) üzvləri polis və ordu ilə toqquşmaları əks etdirən foroları sosial şəbəkələrdə paylaşıb.


Şərhlər