«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Fransa prezidentliyinə namizəd Marin Le Pen Rusiyanın Ukraynaya yönəlik siyasətini dəstəkləməyin qarşılığında Rusiya bankından 9 milyon avro alıb. Bu məsələdə Rusiya Prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi, senator Aleksandr Babakov vasitəçilik edib.
«RNS» xəbər verib ki, ölkənin hüquq-mühafizə orqanları artıq ilkin araşdırmalara başlayıb.
İddia edilir ki, «Milli cəbhə»nin maliyyələşdirilməsi üzrə sxemin mərkəzində Le Penin partiya silahdaşı Jan-Lyk Şafhauzer dayanıb. 2014-cü ildə o, Birinci çex-rusiya bankından kredit alınması zamanı vasitəçi rolunda çıxış edib. Rusiya tərəfdən isə bu funksiyanı Federasiya Şurasının üzvü və Rusiya Prezidentinin xaricdəki həmvətənlərin təşkilatları ilə qarşılıqlı fəaliyyət üzrə xüsusi nümayəndəsi Aleksandr Babkov yerinə yetirib.
Şafhauzer şəxsi yazışmalarında təsdiqləyib ki, Le Pen Ukraynadakı vəziyyətlə bağlı bəyanatla çıxış etməyə hazırdır.
O da iddia olunur ki, vasitəçilər «Milli cəbhə» üçün digər Rusiya banklarından kredit almaq məsələsini müzakirə etmək məqsədilə, ötən ilin martında Cenevrədə görüşüblər.
«Milli cəbhə» Birinci çex-rusiya bankından krediti 2014-cü ilin sentyabrında alıb.


Şərhlər