Menu

Azərbaycanda Ordusunun hərbçiləri qəzaya düşüb- Xəsarət alanlar var

06.06.2014, 10:23
Azərbaycanda Ordusunun hərbçiləri qəzaya düşüb- Xəsarət alanlar var

Azərbaycanda hərbçilər yol qəzasına düşüb. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Goranboy rayonu ərazisində qeydə alınıb. Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Xəzər Mobil oğlu Həsənovun idarə etdiyi “BMW” markalı avtomobili yol kənarındakı maneəyə çırpıb. Nəticədə sürücü və maşında olan digər hərbçi Əsgər Əliyev müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol