Menu

ABŞ və Cənubi Koreya Kim Çen Inı öldürmək istəyir! - KXDR

06.05.2017, 03:14

Kim-Çen-Inın-yeni-planları-məlum-olubfcghn«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikasında (KXDR) hesab edirlər ki, Amerika Birləşmiş Ştatları (ABŞ) və Cənubi Koreya (CK) Kim Çen Inı öldürmək istəyir. İndi Şimali Koreyada «döyüşçü»ləri tapmaq üçün antiterror əməliyyatı keçirməyə hazırlaşırlar.

KXDR Dövlət Təhlükəsizliyi Nazirliyi (DTN) əmindir ki, döyüşçülər qrupu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) və Cənubi Koreya kəşfiyyatının dəstəyi ilə Kim Çen Inı öldürmək üçün ölkə ərazisinə daxil olub. İdarədə şübhələnirlər ki, qəsd biokimyəvi maddənin köməyi ilə həyata keçirilə bilər («Yonhap»).

Pxenyanda onu da əlavə ediblər ki, ölkədə antiterror əməliyyatı keçirəcəklər və bu çərçivədə KXDR rəhbərliyinə təcavüz hazırlayanların hamısını taparaq, amansızcasına məhv edəcəklər.

.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol