Cəmil Həsənli: "44 ildir Əliyev sülaləsi millətimizi zəlalətə düçar edib"
Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin bu gün Şəkidə seçicilərlə keçirəcəyi mitinqə artıq ilkin maneələr yaradılıb. "Azadliq"ın əməkdaşı Natiq Ədilovun verdiyi məlumata görə, Şəkidə mitinq üçün ayrılan ucqar məkana hazırda marşrutların gəlişi dayandırılıb.
Şəhərdə faktiki olaraq fövqəladə vəziyyət hökm sürür. Şəhərdə meqafonla əhaliye görüşə getməmək çağırışı edilir. Məlumatlara görə, bu addıma birbaşa icra başçısının birinci müavini, YAP sədrinin rəhbərlik etdiyi bildirilir. C.Həsənlinin görüş keçirəcəyi meydanın dörd bir yanını isə polislər doldurulub. Polis meydana açılan əsas qapını bağlayaraq, kənardan aksiya iştirakçılarının daxil olması üçün bir keçid açıb. Polisə bu həkətin faktıkı olaraq görüşü pozmaq olduğu bildirilsə də, polis əməkdaşları niyyətlərinin elə bu olduğunu gizlətməyiblər.
Mitinqdə ilk olaraq çıxış edən AXCP sədri Əli Kərimli hakimiyyəti sərt tənqid edib. O insanları 9 oktyabrda Milli Şuranın namizədi Cəmil Həsənliyə səs verməyə çağırıb. Daha sonra İctimai Palatanın rəhbərlərindən Vidadi Mirkamal və Müsavat başqanının müavini Gülağa Aslanlı çıxış edərək professor Cəmil Həsənlinin xalqın layiqli namizədi olduğunu, onun seçiləcəyi təqdirdə ölkədə haqq-ədalətin bərpa olunacağını bildiriblər.
Musavat.com-un məlumatına görə insanların arasında təxribatçılar olub. Lakin onlar mitinq iştirakçıları tərəfindən ərazidən uzaqlaşdırılıblar.
Mitinqdə çıxış edən Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli bildirdi ki, bu günlərdə ildönümü tamam olan Gülər Əhmədova ilə bağlı yayılan videolardan bəlli olur ki, mandat alverinin başında İlham Əliyev dayanır və buna görə o, cavab verməlidir. "Bizim ölkənin prezidenti kalkulyatorlu prezidentdir. Onun işi xalqdan oğurladığı pulları kalkulyatorla hesablamaqdır. 44 ildir Əliyev sülaləsi millətimizi zəlalətə düçar edib".
Hakimiyyətin apardığı siyasət nəticəsində təhsilin bərbad duruma düşdüyünü deyən C.Həsənli vurğulayıb ki, kütləvi savadsızlığa görə hakimiyyət məsuliyyət daşıyır: “Bəyəm biz ona görə müstəqil olmuşuq ki, şağırdlərimizin hər ikisindən biri ana dilindən "iki" alsın. Bu təhsildən yetim qalan hakimiyyətdəkilərin əməllərinin nəticəsidir”.
Daha sonra İctimai Palatanın rəhbərlərindən Vidadi Mirkamal və Müsavat başqanının müavini Gülağa Aslanlı çıxış edərək professor Cəmil Həsənlinin xalqın layiqli namizədi olduğunu, onun seçiləcəyi təqdirdə ölkədə haqq-ədalətin bərpa olunacağını bildiriblər.






Şərhlər