Menu

Buna görə yol polisi sürücünü postda saxlaya bilməz - VİDEO

13.05.2017, 16:38
Buna görə yol polisi sürücünü postda saxlaya bilməz - VİDEO

Sürücülər tez-tez yaşayış məntəqələrində sağ zolaq boş olduğunu halda sol zolaqla hərəkət etdiyi üçün yol polisi tərəfindən saxlanılıb cərimə olunur.

Lakin bir çoxları bilmir ki, bu, yalnız magistral yolda baş verdikdə qayda pozuntusu hesab edilir. Yəni yaşayış məntəqələri və şəhərdaxili yollarda sol zolaqla hərəkətə qadağa yoxdur.

Həmçinin bəzən sürücüləri postda saxlayıb radara, kameraya düşdüyünü deyib cərimə yazırlar və başqa neqativ hallar baş verir. Qanunda isə göstərilir ki, xüsusi avadanlıq vasitəsilə qayda pozuntusu aşkar edildikdə elektron protokol tərtib olunmalı və kağız forması ünvana göndərilməlidir.

Ekspert Ərşad Hüseynov sürücüləri maraqlandıran qaydalar barədə danışıb. Avtosfer.az-a istinadla həmin videonu təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol