«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Ronald Reyqan» atom aviadaşıyıcısının başçılıq etdiyi Amerika Birləşmiş Ştatları hərbi-hava qüvvələrinin (ABŞ HHQ) «zərbə qrupu»na bazar ertəsi Tokio yaxınlığındakı Yokosuku hərbi-dəniz bazasını tərk etmək və «uzunmüddətli okean missiyası»nı həyata keçirmək üçün dənizə çıxmaq əmri verilib. Hökumət nümayəndələrinə istinadla, xəbəri «Kyodo» agentliyi yayıb.
Gəmilərin hərəkət marşrutu açıqlanmır. «Zərbə qrupu»nun tərkibinə minimum iki raket esminesi və azı bir raket kreyseri daxil olur. Belə birləşmələr adətən, atom sualtı qayığı ilə müşayiət olunur.
Xəbər verilir ki, qrupun hərəkətə keçməsi böyük ehtimalla, Şimali Koreyanın son raket sınaqları ilə bağlıdır. Kütləvi informasiya vasitələrinin (KİV) məlumatına görə, sınaqlar uğurla keçib.
Xatırladaq ki, bundan əvvəl Şimali Koreyanın lideri Kim Çen In ABŞ-ı belə araqarışdırıcı hərəkətlərdən çəkinməyə çağırmışdı.


Şərhlər