Menu

Mərkəzi Bankın yeni not emissiyası qeydiyyata alınıb

16.05.2017, 19:20
Mərkəzi Bankın yeni not emissiyası qeydiyyata alınıb

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Azərbaycan Mərkəzi Bankının (AMB) yeni not emissiyasını (50101056S) dövlət qeydiyyatına alıb.

“Report” Nəzarət Palatasına istinadən xəbər verir ki, emissiya hər birinin nominal dəyəri 100 manat olan 250 000 ədəd dövlət qısamüddətli notunun buraxılışını nəzərdə tutur.

Qiymətli kağızların tədavül müddəti 28 gündür.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol