Menu

Ekvadorda dəyəri 250 milyon dollar olan kokain partiyası ələ keçirilib

16.05.2017, 21:40
Ekvadorda dəyəri 250 milyon dollar olan kokain partiyası ələ keçirilib

 

Ekvador polisi dəyəri təqribən 250 milyon dollar məbləğində qiymətləndirilən və 5,53 ton həcmində olan kokain partiyası ələ keçirib.

"Report" TASS-a istinadən xəbər verir ki, ölkənin Daxili İşlər Nazirliyi narkotik maddənin Avropaya daşınması üçün nəzərdə tutulduğunu bildirib.

Narkotacirlərin və onların yükünün ələ keçirilməsi üzrə əməliyyat mayın 12-də baş tutub. Kokain Ekvadorun "La Libertad" limanından çıxan və Panama kanalı vasitəsilə İspaniya yönələn yük gəmisində olub. Nəqliyyat vasitəsi limandan ayrılandan az sonra onu Sakit okeanda saxlayıblar. Hüquq-mühafizə orqanları əməkdaşlarının məlumatına görə, çoxmillətli gəmi ekipajı, eləcə də cinayətkar sindikatın başında dayanan İspaniya və Kolumbiya vətəndaşları saxlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol