Menu

«Əsədi öldürməyin vaxtı çatıb!» - İsrailli nazir

17.05.2017, 00:03
«Əsədi öldürməyin vaxtı çatıb!» - İsrailli nazir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İsrailin tikinti naziri Yoav Qalant bəyan edib ki, Suriya Ərəb Respublikasının (SƏR) Prezidenti Bəşər Əsədə divan tutmağın vaxtı çatıb.

Məmurun fikrincə bu, guya, məhbusların gizli krematoriyalarda kütləvi surətdə yandırılmasına və kimyəvi hücumlara görə, vacibdir. Məlumdur ki, bu cinayətlərə görə, Avropada bütün məsuliyyəti Suriya hakimiyyətinin üzərinə qoyurlar. Qalantın bu fikrini «Times Of Israel» nəşri sitatlayır.

«Mənim fikrimcə, biz, qırmızı xətti keçmişik. Mənim fikrim: Əsədi öldürməyin vaxtı çatıb!» - deyə, İsrailli nazir bəyan edib.

Bundan əvvəl verilən xəbərlərə görə, Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti təsdiqləyib ki, Suriyada öldürülən məhbusların cəsədlərini kütləvi surətdə yandırmaq üçün gizli krematoriyalar tikirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol