Menu

Ən bahalı torpaq sahəsi HARADA satıldı? - 3 milyard dollar

18.05.2017, 00:08
Ən bahalı torpaq sahəsi HARADA satıldı? - 3 milyard dollar

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Honkonqun işgüzar mərkəzində dünyada ən bahalı torpaq sahəsi hökumət hərracında 3,0 milyard dollara satılıb. Bu barədə «South China Morning Post» qəzeti yazıb.

Qəzetin məlumatına görə, 9 developer həmin sahəyə sahib olmaq üçün irəli atılıb. Bu sırada Çinin materik hissəsindən olan iki şirkət də olub.

Hərracın nəticələrinə görə, «Henderson Land» şirkəti torpaq sahəsinə sahib olub. Şirkət hər kvadrat fut (0,09 kvadrat metr) üçün 6460 dollar ödəməyə razılaşıb. Sahənin yekun qiyməti 3,0 milyard dollar təşkil edib. Amma ekspertlər həmin obyekti maksimum 2,8 milyard dollar qiymətləndirirdilər.

Hazırda həmin sahədə 5 mərtəbəli maşın qarajları yerləşir, amma artıq 2022-ci ilə yeni sahibkar həmin ərazidə birinci dərəcəli ofis binası ucaltmaq niyyətindədir.

 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol