«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Pentaqon bəyan edib ki, Suriyada Rusiyaya məxsus qırıcı təyyarə Amerika Birləşmiş Ştatlarının (ABŞ) yanacaqdaşıyan təyyarəsini «tutub».
ABŞ hərbi-hava qüvvələrinin (HHQ) Yaxın Şərqdəki komandanı Ceferi Harriqan Rusiya təyyarəsinin bu hərəkətini «qeyri-peşəkar» fəaliyyət adlandırıb. Onun sözlərinə görə, Vaşinqton bununla əlaqədar Moskva ilə əlaqə saxlayıb.
Nəticədə, Rusiya tərəfi insidentə görə, üzr istəyib.
Komandan bunun konkret nə vaxt baş verdiyini dəqiqləşdirməyib.


Şərhlər