«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Şimali Koreyanın rəhbərliyi Vaşinqton tərəfindən edilən «güzəşt addımı»nı (dialoqa girməyə hazır olması barədəki gest) görməzliyə vurmaq və nüvə silahı yaradılması prosesini davam etdirmək qərarına gəlib.
Pxenyanın fikrincə, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Koreya Xalq Demokratik Respublikasındakı (KXDR) rejimi dəyişmək fikrində olmadığı barədə bəyanatları tələbən başqa bir şey deyil.
«Nə qədər ki, ABŞ Şimali Koreyanı boğmağa çalışır, biz bundan sonra da nüvə silahlarımızın divesifikasiya edilməsi və modernləşdirilməsi istiqamətində səylərimizi artıracağıq - o vaxta qədər ki, işğalçılar özlərinə gəlsinlər» - Şimali Koreya hakimiyyətinin bəyanaiında deyilir.
Bəyanatı, Koreyanın mərkəzi informasiya agentliyi (KMİA) yayıb.
Xatırladaq ki, ötən həftə ABŞ Dövlət departamentinin başçısı Reks Tillerson bəyan edib ki, Şimali Koreya düşmənçilik aktlarından əl çəkməli və yeni nüvə silahları yaratmamalı, raket sınaqları keçirməməlidir. Bundan sonra Vaşinqton Pxenyanla danışıqlar aparmağa hazırdır.


Şərhlər