Menu

"Bank Respublika"nın önündə özünü yandıran şəxsin görüntüləri — VİDEO

27.05.2017, 16:06
"Bank Respublika"nın önündə özünü yandıran şəxsin görüntüləri — VİDEO

Ötən gün 64 yaşlı Ramiz Manafov adlı vətəndaş Azneft meydanında "Bank Respublika"nın qarşısında üstünə benzin tökərək özünü yandırıb.

Bədəninin 95%-i yanan Ramiz Manafov Ə.Əliyev adına klinikanın yanıq şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin olduqca ağır olduğu bildirilib. Azxeber.com saytına hadisə zamanı çəkilmiş video göndərilib.

Hadisə şahidlərinin çəkdiyi görüntülərdə Ramiz Manafovun bankdan çıxar çıxmaz özünü yandırdığı görünür. Videonu çəkən şəxs onun söndürüldüyünü və təcili tibbi yardıma xəbər verdiklərini bildirib.

Qeyd edək ki, özünü yandıran şəxsin oğlu Nicat Manafov deyir ki, atası bankdan ev almaq üçün kredit götürüb, devalvasiyadan sonra isə ödəyə bilməyib. Buna görə bank onlara evlərini əllərindən alacaqlarını bildirib. Bu günə kimi ödədikləri məbləği isə, hesablamayacaqlarını qeyd ediblər.

Həmin görüntüləri təqdim edirik. Ürəyi zəif olanların izləməməsi məsləhət görülür:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol