Menu

Misir Liviyada terrorçuların mövqelərinə hava zərbələri endirib

30.05.2017, 00:24
Misir Liviyada terrorçuların mövqelərinə hava zərbələri endirib

Misir Hərbi Hava Qüvvələrinin təyyarələri Liviyada terrorçuların Derna şəhərindəki mövqelərinə hava zərbələri endirib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hava zərbələri Liviya rəhbərliyi ilə razılaşdırılıb.

Mayın 26-da Misirin EL-Minya əyalətində içərisində xristian koptlar olan avtobusa silahlı hücum edilib. Nəticədə 29 nəfər ölüb. Misir hökuməti hücumu Liviyada fəaliyyət göstərən terrorçuların törətdiyini ehtimal edir.

Mayın 27-də Misir hərbi aviasiyası Liviyanın şərq hissəsinə hava zərbələri endirib. endirilib. Zərbələrin hədəfləri düşərgələr və silah anbarları olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol