Menu

«Özləri özlərini qorxudurlar» - Putin Qərbi qınadı

31.05.2017, 14:29
«Özləri özlərini qorxudurlar» - Putin Qərbi qınadı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putin Qərbi özü-özünü qorxutmaqda qınayıb. Prezident bəyan edib ki, Rusiya Qərb üçün heç bir təhlükə törətmir və bu uydurma üzərində qurulmuş siyasətin heç bir perspektivi yoxdur.

«Heç nəyi gərginləşdirmək lazım deyil, mifik Rusiya təhlükəsi, hibrid müharibələr və sairə uydurmaq lazım deyil. Özləri uydurublar, sonra isə elə özləri də özlərini qorxudurlar və bu əsasla da siyasətin perspektivlərini formalaşdırırlar» - deyə, Putin «Le Figaro» qəzetinə verdiyi müsahibədə bəyan edib. Müsahibənin fraqmentləri nəşrin saytında dərc olunub.

Rusiya Prezidentinin sözlərinə görə, bütün istiqamətlər üzrə, o cümlədən, təhlükəsizlik məsələləri üzrə Rusiya-NATO əməkdaşlığının perspektivi var.

«Bu gün təhlükəsizlik sahəsində başlıca problem - terrorçuluqdur. Avropada partladırlar, Parisdə partladırlar, Rusiyada partladırlar, Yaxın Şərqdə müharibə gedir. Bax, bunlar barədə düşünmək lazımdır. Biz isə fikirləşirik ki, görəsən, Rusiya hansı təhlükəni törədir?» - Putin əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol