Menu

Prezident Administrasiyasında yeni şöbə yaradıldı

03.06.2017, 12:58

AdministrasiyaAzərbaycan Respublikası Prezidentinin Administrasiyasında yeni şöbə yaradılıb.

“Report” xəbər verir ki, bu, İnnovativ inkişaf və elektron hökumət məsələləri şöbəsidir.

Hələ ki, şöbə müdiri vəzifəsinə təyinat olmayıb.

Bununla da PA-da şöbələrin sayı 16-a çatdırılıb.

Qeyd edək ki, bundan əvvəl PA-da iki yeni şöbə yaradılmışdı. Bunlar Gənclər siyasəti və idman məsələləri şöbəsi və Millətlərarası münasibətlər və multikulturalizm və Dini məsələlər şöbəsidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol