Menu

Tereza Mey insan haqlarını mədudlaşdırmağa hazırdır!

10.06.2017, 00:34
Tereza Mey insan haqlarını mədudlaşdırmağa hazırdır!

«AzPolitika.info»- nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Böyük Britaniyanın Baş naziri Tereza Mey terrorçuluqla mübarizə naminə ölkəsində insan haqlarını məhdudlaşdırmağa hazır olduğunu bildirib.

Növbədənkənar parlament seçkiləri ərəfəsində Mey ölkədə xüsusi xidmətlərin və polisin səlahiyyətlərinin artırılmasını təklif edib.

Onun sözlərinə görə, terrorçuluğa görə, məhkum olunmuşların məhbusluq müddətinin artırılması vacibdir. Ekstremizmlə əlaqəli əcnəbiləri isə sadələşdirilmiş sxem üzrə ölkədən deportasiya etmək lazımdır.

Baş nazir həm də terrorçuluqda şübhəli bilinən şəxslərin dindirilmə müddətini 28 günə qədər artırmağa çağırıb.

İndi isə gəlin diqqət yetirək - neçə onilliklərdir ki, qardaş Türkiyə davamlı şəkildə terrora məruz qoyulur. Buna son qoymaq üçün hökumət sərt (çox vacib!) tədbirlərə əl atan zaman elə həmin Britaniya da daxil olmaqla, Qərb dünyası «Vay, insan haqları pozulur!» - deyə, ağlaşma qurur!

Britaniyanın timsalından belə çıxır ki, Qərb dövlətləri insan haqlarını məhdudlaşdıra bilər, Türkiyə isə yox! Bu, bir daha açıq şəkildə göstərir ki, Qərbin «demokratia və insan haqları» şüarı dünyanın gözündən pərdə asmaq kimi tühaf bir bəhanədir…

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol