Menu

İraq Qətərin blokadasına qarşı çıxdı!

14.06.2017, 18:09
İraq Qətərin blokadasına qarşı çıxdı!

 «AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, İraq Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən Qətərin blokadaya alınması məsələsini dəstəkləmir, çünki bu, ilk növbədə, sadə insanlara ziyan vurur. Bu barədə İraqın Baş naziri Haydar əl-Əbadi Ər-Riyada səfəri ərəfəsində bəyan edib («Röyter»).

«Blokada hakimiyyətə toxunmur, blokada sadə insanlara ziyan vurur» - deyə, Baş nazir qeyd edib.

Bu gün əl-Əbadinin Səudiyyə Krallığına səfəri başlayır. İraqın hökumət başçısı Ər-Riyadda Qətər böhranını kral Salman Bin Əbdül Aziz Əl Səudla müzakirə edəcək.

Bundan əvvəl Türkiyənin Prezidenti Rəcəb Tayyip Ərdoğan bəyan edib ki, ərəb ölkələri tərəfindən Qətərin təcridi «insanlıqdan kənar əməldir və islam dəyərlərinə ziddir». Prezident əlavə edib ki, Qətərə belə üsullarla təzyiq göstərilməsi «yolverilməzdir». Onun fikrincə, münaqişəni Səudiyyə Ərəbistanı həll etməlidir.

Xatırladaq ki, iyunun 5-də Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir və BƏƏ Qətərlə diplomatik münasibətləri dayandırdıqlarını elan ediblər. Onlar bu ölkəni terrorçuluğa və terrorçu qruplaşmalara dəstək verməkdə günahlandırıblar. Sonradan bu «estafet»ə Yəmən, Şərqi Liviya, Maldivlər və Mavritaniya da qoşulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol